YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının fəallarının Bakı dərin özüllər zavoduna ekskursiyası təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının bir qrup fəalının Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı BOS Şelf MMC-nin İnsan resursları üzrə meneceri Cavanşir Əliyev iştirakçılara zavodun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri olan zavodun təməli 1978-ci ildə qoyulub. Zavodun əsas məhsulu dəniz neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərdir. Bununla əlaqədar, zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur. Vurğulanıb ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu fəal iştirak edir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edib. Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü və səyləri ilə yaradılan Dərin Özüllər Zavodunun neft siyasətimizin həyata keçirilməsində əvəzsiz rolundan danışıb.

İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.