YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regiona yeni reallıqlar hakimdir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Cənubi Qafqaz regionuna aid məsələlərə  həsr olunmuş bu görüşdə Prezidenti İlham Əliyev çıxış edərək, iki il bundan əvvəl Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli Bəyannamə ilə   çoxillik münaqişəyə son qoyulduğunu və artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin vaxtı çatdığını diqqətə çatdırıb.

Prezidenti İlham Əliyev vuğulayıb ki,  Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı da mühüm əhəmiyyət kəsb edir. Bu bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapdı və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirildi.

Prezidenti İlham Əliyev Soçi görüşündə də qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya qoyaraq Azərbaycanın ədalət prinsipinə və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini diqqətə çatdırıb.

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib çatıb. Soçi görüşünə qədər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüsseldə bir neçə dəfə görüş keçirilib. Bu görüşlərin hər birində dövlətimizin başçısı Azərbaycanın maraqlarını qətiyyətlə təmin edib. Eyni zamanda bu görüşlər onu da təsdiq edib ki, Azərbaycan Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək.

Azərbaycanın yürütdüyü siyasət, münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi sülhpərvərdir və qarşı tərəfdən eyni mövqenin ortaya qoyulmasını gözləyir. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur. Bu reallıqlardan irəli gələrək İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında öz əksini tapıb. Münasibətlərin normallaşdırılması Ermənistanın bu öhdəlikləri yerinə yetirməsindən keçir. Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların harada aparılmasından asılı olmayaraq, Prezident İlham Əliyev ölkəmizin milli maraq və mənafelərini hər yerdə qətiyyətlə təmin edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanı zirvədən-zirvəyə aparmaqda davam edəcək.