YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh müqaviləsi Ermənistanın tək xilas yoludur

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri      

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri zamanı Soçi görüşündəki səsləndiridiyi fikirlər bir daha Azərbaycanın mövqeyini təsdiq etdi. Cənab İlham Əliyevin çıxışında bildirib ki, artıq Qarabağ münaqişəsi  bitib, digər məsələlər isə Azərbaycanın daxili məsələsidir. Bu gün hamıya məlum olduğu kimi, Rusiya da bilir ki, Azərbaycan öz müqəddəratını özü həll etmək gücündə və iqtidarındadır. Həmçinin ermənipərəst beynəlxalq güclər də bunun fərqindədirlər.

Azərbaycan yeni reallıqlar yaradıb və bu reallıqlar ondan ibarətdir ki, artıq Qarabağ münaqişəsi bitib və “münaqişə” ifadəsinin işlədilməsinə ehtiyac qalmayıb. Eyni zamanda bu münaqişə Azərbaycanın prinsipial mövqeyi nəticəsində  yekunlaşıb. Avropa Birliyi də sadəcə, beynəlxalq hüquq və prinsiplərin tətbiqində, humanitar problemlərin həllində bölgədə işləyə, kömək edə bilər. Bu səbəbdən qeyri konstruktiv mövqeyi görə bütün regional layihələrdən təcrid olunmuş və hələ də onun ağrı-acısını çəkən Ermənistan höküməti yaranmış bu fürsəti maksimal dərəcə dəyərləndirməli, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməlidir.

Ermənistan rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar sülh müqaviləsini ləngitsə də yekunda Azərbaycan öz məqsədinə çatacaq. Cənab İlham Əliyevin qətiyyətli mövqeyi bunu deməyə əsas verir. Praqa və Soçi  görüşlərindən sonra artıq erməni rəsmiləri də Azərbaycanın reallıqları ilə razılaşmaq məcburiyyətində qaldıqlarının fərqinə varıblar. Ermənistan beynəlxalq proseslər və geosiyasi reallıqdan düzgün nəticə çıxarmalı və bilməlidirlər ki, Qarabağdakı ermənilərin statusu məsələsinə onların müdaxiləsi yolverilməzdir. Çünki ermənilər faktiki olaraq bizim torpaqlarımızda yaşayırlarsa, bizim ölkənin qanunlarına tabe olmaq məcburiyyətindədirlər. Yəni Azərbaycanda "ikili vətəndaşlıq" anlayışı olmadığı üçün onlar faktiki Azərbaycan vətəndaşı sayılırlar.

Bu gün Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Ancaq onların fəaliyyətinin nəticəsizliyi ölkə rəhbərimiz tərəfindən dəfələrlə ifadə edilmişdir. Çünki Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Bu dəhlizin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir yol açılacaq və  nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Məhz bu səbəblərdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil – onun arxasında vacib faktorlar dayanır.

Əminliklə deyə bilərik ki,Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası Brüsseldə olduğu kimi Soçidə də postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində milli maraqları ən yüksək səviyyədə  müdafiə etmişdir.

DİGƏR Xəbərlər Arxiv