YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkili standartlara yol verilməməlidir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

İkinci ildönümünü qarşılamağa hazırlaşdığımız müqəddəs Zəfərimiz Azərbaycanın tarixinə yeni, şanlı səhifə yazdı. Dünya dövlətləri arasında dövlətimizin reytinqini ön sıralara çıxaran, müxtəlif beynəlxalq qurum və təşkilatlarda mövqeyini daha da möhkəmləndirən şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artır. Eyni zamanda, möhtərəm prezidentimiz İlham Əliyevin xarici ölkələrə səfəri zamanı qalib ölkənin Prezidenti kimi yüksək hörmətlə qarşılanması hər bir azərbaycanlıda qürur hissi yaradır.

Erməni vandalları üzərindəki tarixi qələbəmiz ölkəmizin İslam dövlətləri arasında da nüfuzunun daha çox yüksəlməsinə səbəb olub. Buna Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı bir daha şahid olduq.

Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak edən Prezident İlham Əliyev toplantıda çıxış edərək Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirmiş və dövlətlərimiz arasında olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndirmişdir. 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olan Azərbaycanın Zirvə toplantısına qatılmasını İslam ölkələri arasında birliyin göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyevin çıxışı iştirakçılar arasında maraqla qarşılanmışdır.

Prezident İlham Əliyev çıxışında Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına iki il əvvəl Azərbaycanın son qoyduğunu, aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına Ermənistanın məhəl qoymadığını və Azərbaycanın ərazisini qanunsuz olaraq işğal altında saxlamağa davam etdiyini, bu sənədlərin ikili standartlar səbəbindən otuz il kağız üzərində qaldığını və icrasının təmin olunmadığını bildirmiş, insanlarımızın etnik təmizləməyə məruz qaldığı, işğal zamanı bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi iştirakçıların diqqətinə çatdırmışdır. Erməni işğalında olduğu müddətdə on min kvadrat kilometrdən çox ərazinin tamamilə məhv edildiyi, şəhərlərin, kəndlərin, tarixi abidələrin, əcdadlarımızın qəbirlərinin yerlə-yeksan edildiyi, 67 məsciddən 65-nin tamamilə dağıdıldığı və bunun terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürü olduğu, dünyada münaqişələrə yanaşmada ikili standartlara yol verilmənin düzgün olmadığı Prezident İlham Əliyev tərəfindən yüksək kürsüdən səsləndirildi.

“Böyük Qayıdış” adlanan proqramın icrasına başlayaraq şəhər və kəndlərimizi öz resurslarımız hesabına, heç bir beynəlxalq donor təşkilatının dəstəyi olmadan bərpa etdiyimiz indiki zamanda belə, erməni terrorunun davam etdiyi, işğal zamanı torpaqlarımızda basdırılmış 1 milyondan çox mina səbəbindən 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra indiyədək 260-dan çox dinc vətəndaşımızın həlak olduğu, yaxud ciddi yaralandığı iştirakçı dövlətlərin başçılarının diqqətinə çatdırılaraq Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verdiyi, bu əməkdaşlığın yaxın gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyi xüsusi olaraq vurğulandı.

DİGƏR Xəbərlər Arxiv