YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübarizə apardıq və Zəfər qazandıq

Burada Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə toplanmışıq. Tədbir çərçivəsində bu böyük, şanlı Zəfərə həsr olunan sərgini gəzdik. Sərgi çox qiymətli fotoşəkillərdən ibarətdir. Qarabağ Zəfərinin qürurunu bir daha bərabər yaşadıq.

Bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan mediasına açıqlamasında deyib.

Sərgidə o günlərdə verilən dəyərli mübarizənin əsərlərini gördüklərini ifadə edən Fahrettin Altun bundan bir daha qürur hissi keçirdiklərini bildirib.

Fahrettin Altun deyib: “Çox böyük mübarizə aparılıb. Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. İki liderimiz, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qərarlı duruşları ilə şükürlər olsun ki, bu mübarizəni apardıq və nəticədə bu Zəfəri qazandıq. Bu, Azərbaycanla yanaşı, həm də Türkiyənin və bütün türk dünyasının Zəfəri oldu. Əsas etibarilə isə bu, Cənubi Qafqazın Zəfəri oldu. Çünki bu Qələbə bölgədə sülh və əmin-amanlığa töhfə verdi. Ortada dünyanın səssiz qaldığı bir işğal var idi ki, bu, aradan qaldırıldı. Otuz il həllini tapmayan problemi Azərbaycan özü həll etdi. Əlbəttə ki, burada Türkiyənin mənəvi dəstəyi oldu. Bu dövr ərzində biz də, xüsusilə qaralama kampaniyaları və propaqanda ilə mübarizə nöqtəsində azərbaycanlı qardaşlarımızla bir, yan-yana dayandıq, bu mübarizədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verdik. Burada sərgilənən fotoşəkillərin bir çoxu bu prosesin bir parçasıdır. Şəkillər arasında Türkiyənin Anadolu Agentliyinin fotoları da var. Bu şəkillərlə Ermənistanın təxribatları və işğalı bütün dünyaya çatdırılıb. Bu şəkillər, eyni zamanda, Azərbaycanın qərarlı duruşunun nümayişidir”.