YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfərimiz Qürurumuzdur” adlı tədbir keçirib.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Ağstafa rayon təşkilatının əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının və müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və  bildirib ki, 27 sentyabr 2022-ci ildə Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirtdiyi “Dəmir Yumruq” əməliyyatı bütün dünyaya səs saldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan ərazilərimiz azad edildi. Möhtərəm Prezidentimizin öz çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedirdi. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər - Vətən müharibəsi iştirakçısı Teyyub Carçıyev, Partiya veteranı Sahib Salıfov, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının üzvü Səadət Nağıyeva, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov və Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.

Sonda isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.