YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Saatlı rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 3-də Saatlı şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Sonra Saatlı “Şəhidlər abidə-xatirə” kompleksi ziyarət edilib, şəhidlərin xatirə lövhələrinin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olaraq, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisi olub. O, qeyd edib ki, Vətən Müharibəsində qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələdir.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Ulu Öndərin siyasi kursunun müasir dövrümüzün tələbləri əsasında davam etdirən Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Ali Baş Komandan olduğunu vurğulayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərləri xalqımızda sonsuz qürur və iftixar, milli özünəinam hissi yaradır, Zəfər yürüşünün fasiləsiz olaraq uğurla davam etdiyini göstərir.

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxışında ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Vurğulayıb ki, 30 ildir Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, xalqın partiyası kimi tanınan, xalqın sevgisini və dəstəyini qazanan Yeni Azərbaycan Partiyası, ölkədə sabitliyin təminatında avanqard rolunu bu gündə davam etdirir. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti təkcə nailiyyətlərimizin deyil, həm də gələcək uğurlarımızın həlledici əsasıdır.

Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard qüvvə olduğunu bildirib, partiya yaranan zaman baş verən hadisələrdən bəhs edib. Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü hərbi - siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. YAP qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib.

Tədbirdə şəhid anası Vüsalə Tağıyeva, Vətən müharibəsi qazisi Elvin Abbasov və Saatlı rayon Məmmədabad kənd tam orta məktəbin müəllimi Rüfanə Mirzəyeva çıxış ediblər.

Tədbirin sonunda Saatlı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.