YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 noyabr-Zəfər Gününün 2 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Laçın rayon 28 nömrəli tam orta məktəbində 8 noyabr-Zəfər Gününün 2 ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər Zəfər Gününə aid şerlər söyləyib, kompozisiyalar nümayiş etdiriliblər.

Tədbirdə cıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatınin sədri İlqar İlyasov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Şanlı Zəfər Günü barədə ətraflı məlumat verib. İlqar İlyasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və Vətən Müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. İlqar ilyasov noyabr ayının xalqımızın tarixində mühüm əhəmiyyətli hadisələrlə zəngin olmasını vurguladı: “Möhtəşəm Zəfər Bayramını qeyd etdiyimiz bu ay həmçinin Yeni Azərbaycan Partiyasının təsis olmasının 30 illik yubiley tarixini özündə ehtiva edir.”

Sonra məktəbin direktoru Nofəl İsmayılov və başqaları çıxış edərək qəhrəmanlıq tariximizdən danışdılar.