YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sənayesinin payı artmaqdadır

Dünya bazarında ərzaq məhsullarının qiymətindəki artım Azərbaycanda inflyasiyanın səviyyəsinə öz təsirini göstərir. Qlobal inflyasiya ilə əlaqədar cari ilin doqquz ayında ötən illə müqayisədə ölkəyə idxal edilən məhsulların qiyməti 21,9 faiz artıb. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən antiinflyasiya fəaliyyətləri ölkədə inflyasiya artımını nisbətən səngidib.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sənayesinin payı artmaqdadır. Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonunadək Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir. Bu isə Azərbaycan tarixində ən yüksək göstəricidir.