YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: 2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritetlər sırasındadır

2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük Qayıdış kimi strateji çağırışlar əksini tapıb.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin daha da yüksəldilməsini əsas prioritetlər sırasına daxil edib. Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərpası üçün davamlı səylərinə baxmayaraq, Ermənistanın havadarlarının dəstəyi ilə yenidən silahlandırılması cəhdləri, ölkəmizə qarşı səngiməyən təxribatları müzəffər Ordumuzun daha da gücləndirilməsini şərtləndirir.