YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 30 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Gürcüstanla münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu və həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan qardaş Gürcüstanla ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Gürcüstan-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev oktyabrın 24- də Gürcüstana işgüzar səfər edib. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanatla çıxış edərək, Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin çox dərin ənənələr üzərində quruduğunu  və bu səfərin  bu münasibətlərə yeni təkan verəcəyini qeyd etdi.

Dövlət başçımız çıxışında iki ölkə arasında reallaşan bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını vurğaulayıb. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətə toxunaraq, Azərbaycanın niyyətinin sülh müqaviləsinin imzalanmasından ibarət olduğunu və Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan beş əsas prinsipdən ibarət təkliflərimiz əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacağını bildirib.

Cari ilin 9 ayında iki ölkə arasında olan qarşılıqlı ticarət dövriyyəsinin artaraq  bir milyard dollara yaxınlaşması olduqca sevindirici haldır. Eyni zamanda, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki ölkə arasında olan əməkdaşlığı daha da gücləndirir.

Prezident İlham Əliyev həyata keçiriləcək yeni layihənin elektrik enerjisi ilə bağlı olduğunu və  Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda Gürcüstanla Azərbaycan  arsında yükdaşımaların həcminin ildən-ilə artdığını, cari ildə yükdaşımaların həcminin 75 faiz olduğunu qeyd etdi.

Azərbaycan və Gürcüstan arasındakı son illər yüksək səviyyədə davam edən  əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək,  aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.