YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan tərəfindən Bərdəyə atılan çoxsaylı ballistik raketlər böyük faciə törədib

"Ermənistan 44 günlük Vətən müharibəsində hərbi cinayətlər edərək Azərbaycanın mülkü əhalisinə qarşı da terror edib". Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli Vətən müharibəsi zamanı Bərdədə baş verən erməni terroru haqda danışarkən saytımıza bildirib.

Asif Əsgərli ermənilərin öz xislətlərinə uyğun müharibə apardıqlarını deyib: "44 günlük Vətən müharibəsi günlərində Ermənistan ordusu Gəncə, Bərdə və Tərtər və döyüş bölgəsinə yaxın digər ətraf rayonları aetilleriya atəşinə tutub. Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə, Gəncəyə, Bərdəyə çox sayda "Smerç", "Toçka-U", "Elburus" və "Qrad" tipli raketlər atılıb. 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket atılıb. Nəticədə 28 nəfər dinc sakin ölüb, 108 nəfər yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan çoxsaylı ballistik raketlər böyük faciə törədib, 20 dinc sakin həyatını itirib, 82 nəfər isə yaralanıb müxtəlif xəsarətlər alıb. Bütün bunlar heç bir müharibə qayda və qanunlarına uyğun gəlmir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi cinayəti və terroru idi. Bununla Ermənistana qarşı beynəlxalq etimad bir daha azalmışdır. Dünya Ermənistanın bir daha işğalçı və terrorist ölkə olduğunu gördü.

Azərbaycan xalqı Ermənistanın bu hərbi cinayətləri nəticəsində şəhid olan və yaralanan sakinlərini unutmur. Bərdədə faciə baş verən meydanda günahsız qurbanların xatirəsi ehtiramla yad edilir".