YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində turizm üzrə işçi qrupun növbəti iclası və üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək

Mayın 18-19-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində turizm üzrə işçi qrupunun 5-ci iclası, mayın 20-də isə təşkilata üzv ölkələrin turizm nazirlərinin 2-ci görüşü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin turizm siyasətini həyata keçirən dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin və əməkdaşlarının, turizm sənayesi nümayəndələrinin və turizm assosiasiyalarının, TDƏŞ-in Baş Katibliyinin iştirakı ilə keçiriləcək görüşdə təşkilata üzv ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, birgə layihələr və tədbirlər, dövlət və özəl sektor arasında əməkdaşlığın təşviqi məsələləri, həmçinin son iki ildə birgə fəaliyyətin nəticələri müzakirə ediləcək.

Ötən dövr ərzində təşkilata üzv ölkələrin “Türk şurası - müasir İpək Yolu” beynəlxalq mədəni turizm marşrutu işlənib hazırlanıb, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan “Dədə Qorqud - Korkut Ata” mədəni turizm layihəsi üzrə işlər görülüb, Türkiyə və Azərbaycanda keçirilən beynəlxalq turizm sərgilərində üzv ölkələrin turizm potensialını əks etdirən fotostendlər, infoturlar, həmçinin türkiyəli mütəxəssislərin iştirakı ilə təlim kursları təşkil edilib.

Bildirilib ki, 2015-ci ilin avqust ayında keçiriləcək təşkilata üzv ölkələrin Dövlət Başçılarının Zirvə görüşündən əvvəl hazırlıq xarakteri daşıyan iclasda son görülmüş işlərin nəticələri və həyata keçilməsi nəzərdə tutulan tədbir və layihələri əhatə edən Yekun Protokol və üzv ölkələrin turizm sənayesi nümayəndələrini birləşdirən qurumlar (turizm assosiasiyaları) arasında Anlaşma Memorandumu imzalanacaq.