YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlk Avropa Oyunları qədim Bakı torpağında” mahnısının klipi təqdim olunub

Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” mahnısına çəkilən klipin təqdimatı keçirilib.

“ASAN xidmət” könüllülərinin təşəbbüsü ilə hazırlanan klipin nümayişi mərasim iştirakçılarının böyük marağına səbəb olub.

Gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycanın və Avropanın tarixində ilk dəfə keçiriləcək Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələrini təqdirəlayiq hal kimi qiymətləndirib. Nazir söyləyib ki, klip birinci Avropa Oyunları ərəfəsində bəstəkarlarımız və müğənnilərimiz tərəfindən çox gözəl hədiyyədir. A.Rəhimov qeyd edib ki, bu mahnını təkcə idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, ölkəmizdə idmana dövlət qayğısı və bu sahəyə maraq ildən-ilə artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq, Bakıda keçiriləcək birinci Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması istimaqətində uğurlu addım olacaq.

Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov çıxışlarında birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən qürurverici hadisələrdən olduğunu qeyd edib, yarışların başlamasını səbirsizliklə gözlədiklərini vurğulayıblar.