YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılıb

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın və şəhid Nurlan Həsənovun şəhadətlərinin ildönümü münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 15 nömrəli ərazi partiya təşkilatının üzvləri şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Xatırladaq ki, Arəstə Baxışova ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparan yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyə edilməsində fəallıq göstərib və vəzifə borcunu yetirərkən 2020-ci il oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Nurlan Həsənov isə 2020-ci il oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib.

DİGƏR Xəbərlər Arxiv