YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır

Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır.

Bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, Ermənistan tərəfindən basdırılmış minanın daha bir qurbanı, 26 yaşlı mülki şəxs Tərtər rayonunda minanın partlaması nəticəsində yaralanıb. “Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan indiyədək mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”, - deyə paylaşımda qeyd edilib.