YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur.

Bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə macar həmkarı xanım Katalin Novaka ünvanladığı təbrik məktubunda qeyd edilib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Macarıstan xalqına isə daim əmin-amanlıq və rifah diləyib.