YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ÇXR-nın sədri Si Cinpin: Azərbaycan böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaqdır

“Çin tərəfi Azərbaycanın yaxşı dostu və etibarlı tərəfdaşı kimi son illərdə iqtisadiyyatın və cəmiyyətin inkişafında qazanılmış uğurlara ürəkdən sevinir. Əminəm ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaqdır. 

Çin və Azərbaycan xalqlarını hələ iki min il bundan əvvəl Böyük İpək Yolu birləşdirirdi. Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir.” Bu fikirləri mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə səsləndirmişdir.

Çin Xalq Respublikasının sədri Si Cinpin iki ölkə arasında münasibətlərin inkişafından razılığını ifadə edərək bildirmişdir ki. hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə “Çin azərbaycanlıların gözü ilə” məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Sintszyan və Tibet kimi mühüm məsələlər barədə Sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə Sizə təşəkkür edirik. “Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq.” –dəyə, ÇXR-nın sədri Si Cinpin bildirmişdir.