YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəal gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.

Oktyabrın 20-də YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Partiya fəalları Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.