YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yardımlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib

Oktyabrın 19-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Yardımlı rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin  və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında olan videoçarx nümayiş olunub.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov çıxış edərək partiyanın 30 illik fəaliyyətindən ətraflı bəhs edib. Bildirilib ki, təkcə ölkəmizin deyil, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində şərəfli yol keçib. Təşkilat sədrinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır.

Sonra YAP Yardımlı rayon təşkilatının veteran üzvü Hüseyn Vəliyev, şəhid atası Vaqif Zeynalov, rayon təşkilatının Qaraqaya ərazi partiya təşkilatının sədri Sərvər Əliyev, Şilavangə ərazi partiya təşkilatının sədri, fəal gənc Fərman Mustafayev çıxış edərək partiyanın ötən 30 il ərzində keçdiyi şərəfli yola nəzər salıblar.

Tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, noyabr ayı əlamətdar tarixi hadisələr və bayramlarla zəngindir. Qürurvericidir ki, bayramlar sırasına 8 Noyabr - Zəfər Günü də əlavə olunub. 21 noyabrda isə partiyamızın yaradılmasının 30 ili tamam olur. Onun sözlərinə görə, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. 

YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev isə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi Zəfərimizin yaratdığı reallıqlar əsasında qeyd edilir. Onun sözlərinə görə, zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyası bundan sonra da irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyir və yeni hədəflərə doğru inamla irəliləyir.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil ölkəmizin inkişafındakı rolundan ətraflı bəhs edib. O, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-ın bundan sonra da tarixi müvəffəqiyyətlər və inamlı qələbələr qazanacağını söyləyib.   

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.