YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Qırğızıstan münasibətləri möhkəm təməl üzərində qurulub

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Möhkəm təmələ əsaslanan Azərbaycan–Qırğızıstan münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ötən müddət ərzində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və mənəvi köklərin mövcudluğu da mühüm təsir göstərib.

Qırğızıstanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlib ki, bu da, dövlət başçıları arasında danışıqlara və əməkdaşlığa yeni üfüqləri açır.

Qırğızıstan Prezidenti Sadır ­Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfəri zamanı iki ölkənin qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə çatıb. Bu barədə  dövlət başçıları müvafiq Bəyannamə imzalayıblar. Bundan başqa, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən nadir mexanizm – dövlət başçılarının Dövlətlərarası Şurasının yaradılması barədə Memorandum imzalanıb. Regional və dünya siyasətində artıq çoxdan və uğurla fəaliyyət göstərən Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinin qurulması şübhəsiz,  Qırğızıstan dövləti  üçün olduqca  böyük əhəmiyyətə malikdir.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində hər iki dövlətin fəal dəstəyi ilə bütün sahələrdə əməkdaşlıq getdikcə möhkəmlənib, əlaqələrin yeni səviyyəyə yüksəlməsini şərtləndirəcək bir sıra mühüm sənədlər imzalanıb. Bu gün Qırğız Respublikası Azərbaycanla geniş ticari-iqtisadi sahədə əməli əməkdaşlığın reallaşdırılması üçün geniş imkanlara malikdir. Ticarət əlaqələri iki ölkə münasibətlərinin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə oktyabrın 11-də Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında tərəflər arasında ticarət-investisiya əməkdaşlığından danışılarkən, Qırğızıstan–Azərbaycan İnkişaf  Fondunun mühüm rolu da nəzərdən keçirilib.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Respublikamızın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin dost ölkəyə səfəri strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirilməlidir. Gələcəkdə qarşılıqlı münasibətlərin istiqamətlərinin nəzərdən keçirilməsi, həmçinin fəaliyyət  parametrlərinin məzmun və xarakterini müəyyənləşdirmək baxımından belə görüçlərin mühüm önəm daşıyır.