YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fergus Ould: Böyük Britaniya-Azərbaycan əməkdaşlığı hər il genişlənir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Müstəqilliyin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Britaniyalı diplomat bununla bağlı özünün tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Azərbaycanın tarixində həqiqətən əlamətdar gündür. 31 il əvvəl bu gün Azərbaycan müstəqilliyini bərpa edib. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb, amma buna baxmayaraq, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri Britaniya Azərbaycanın yanındadır. Son 30 ildə biz mədəniyyət, iqtisadiyyat, ətraf mühit, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlıq edirik. Bizim bu əməkdaşlığımız hər il genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını müstəqilliyin bərpası günü münasibətilə təbrik edirəm!”.