YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayının 11-də Qırğızıstan Respublikasına səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının səmimi görüşləri və imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Dünyada və regionda baş verən prosesləri nəzərə alsaq, iki ölkə arasındakı əməkdaşlığın nəzərdə tutulandan daha tez həyata keçirildiyini deyə bilərik. Bildiyiniz kimi, Qırğızıstan Prezidentinin ölkəmizə səfəri təqribən altı ay öncə baş tutmuşdu. Beynəlxalq münasibətlərdə isə protokola uyğun olaraq, cavab səfərləri bir il sonraya nəzərdə tutulur. Bunu Prezident İlham Əliyevin çıxışında xüsusilə vurğulaması olduqca önəmli mesaj idi. İlk növbədə bu, hər iki ölkənin qarşılıqlı əlaqələrin qısa zamanda möhkəmlənib inkişaf etməsində maraqlı olduğunu göstərir. Hamımız yaxşı bilirik ki, ölkələr arasında sız əlaqələrin formalaşmasında iqtisadi amil olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Azərbaycan - Qırğızıstan  arasında daha öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə artıq praktikada özünün müsbət nəticələrini göstərməkdədir. Bəyannamədə qeyd olunan niyyətlər bu gün real siyasi-iqtisadi həyata transformasiya olunub. Bu mənada mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil və yüksək texnologiyalar sahələri istiqamətini əhatə edən məsələlər prioritet kimi qəbul edilib. Sözsüz ki, ölkələrimiz arasında effektiv əməkdaşlığın konkret nümunələri də mövcuddur. Bu sırada Azərbaycanın iki peykinin – “Azersky” və “Azerspace-1”in qırğız tərəfdaşlarımıza xidmət göstərdiyini xüsusilə qeyd edə bilərik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.

Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında əməkdaşlığın güclənməsi, əlaqələrin intensivləşməsi tarixin hökmüdür. Biz bir olanda daha güclü oluruq. Biz bir olmalıyıq. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasətin bəhrələrini görməkdəyik. Biz 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra baş vermiş erməni təxribatlarında Ermənistanın regionda necə təklənməsinin şahidi olduq. Bütün ümidlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bağlayan Ermənistan həmin qurumdakı türkdilli dövlətlər tərəfindən rədd cavabı aldı. Bu, bizim gücümüzün göstəricisidir.