YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad olunmuş torpaqlara Böyük Qayıdış başlayıb

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

23 avqust 1993-cü il tarixində  Füzuli şəhəri və rayonun böyük bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.1994-cü il 5 yanvar tarixində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Qələbə ilə bitən hərbi əməliyyatlar nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olmuşdur.

Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan əvvəl bu tarixi ərazi bir çox dini abidələrlə, xüsusilə də türbələrlə zəngin idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizgüşəli Şeyx Babı Yaqub (13-cü əsr) türbəsini, Aşağı Veysəlli kəndində 14-cü əsrə aid Mirəli türbəsini,Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbir daşının üzərindəki türbəni, 19-cu əsrin Cəlil türbəsinə aid etmək olar.

Məlumdur ki, Ermənistan istər birinci , istərsə də ikinci Qarabağ müharibəsində hərbi cinayətlər, vəhşiliklər törədiblər. 44 günlük Vətən Müharibəsində beynəlxalq ictimaiyyət bir daha erməni vəhşiliyinin, vandalizminin şahidi oldu. Ümumiyyətlə işğaldan azad edilmiş digər rayonlarımız kimi  Füzuli rayonu da ən çox erməni vandalizminə məruz qalan  ərazilərdəndir.

27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsinin ən əhəmiyyətli döyüşlərindən olan Füzuli əməliyyatı Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində cənub şərq cəhbəsində baş vermiş böyük peşəkarlıq, qəhrəmanlıqla nəticələnən tarixi döyüşlərdən olmuşdur. Baxmayaraq ki, düşmən 30 il ərzində təmas xəttində möhkəm istehlam, barikadalar yaratsada, Şanlı ordumuz öz missiyasını şərəflə icra edərək 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Fizuli şəhərini işğaldan azad etdi.Bu əməliyyat nəticəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri işğaldan azad edilmişdir. “Erməni xalqının qəhrəmanlığı”, “erməni ordusunun məğlubedilməzliyi” haqqında uydurulmuş mifalogiyanı darmadağın edən qüdrətli Azərbaycan ordusu sübut etdi ki peşəkarlıq və mərdlik missiyası nə deməkdir. Ordumuzun şücaəti, qəhrəmanlığı qarşısında aciz qalan düşmən son mərhələdə öz silahlarını yerə qoyaraq qaçmağa məcbur oldular. Hətta hərbi mütəxxəssilər belə açıq-aydın bildirirdilər ki, ordumuz yüksək döyüş qabiliyyətinə və peşəkar texniki təminata malik olan ordudur. Füzuli əməliyyatı on minlərlə insanın,yurd sevgisi ilə yaşayan Füzulilərin öz doğma yurdlarına qayıtması üçün təminat verdi.

Dövlət başçımız azad olunmuş Füzuliyə 9 dəfə səfər edib.Səfərlər çərçivəsində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verib, bir sıra infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak edib. Azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasiminin olması, müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılması,Füzuli rayonunun baş planının təsdiqlənməsi,rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, onu nümayiş etdirir ki, artıq cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış başlamışdır.

2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev Vətən müharibəsindən sonra "Füzulinin azad olunmasına görə" medalı  təsis edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif ediliblər.

17 oktyabr tarixi nəinki füzulilərin xatirəsində, eyni zamanda Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır. Yaxın zamanlarda vətəndaşlarımız öz doğma torpaqlarına qayıdacaq, illərin vətən həsrətinə, yurd sevgisinə, son qoyulacaqdır.