YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının ərazi partiya təşkilatlarında partiyanın yubiley tədbirləri keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Mərkəzi Aran Regional Məşğulluq filialı” və “Cəyli” ərazi partiya təşkilatlarında partiyanın təsis olunmasının 30-cu ildönümü münasibətilə partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər “Mərkəzi Aran Regional Məşğulluq filialı” ərazi partiya təşkilatının sədri Samir Nuriyev, “Cəyli” ərazi partiya təşkilatının sədri Gülşən Zeynallı, partiya fəalları Vüqar Qurbanov, Elnur Qasımov, Abuzər Quliyev, Həbib Manafov, YAP Kürdəmir rayon təşkilatının məsləhətçiləri Məhəmməd Heydərli, Gülnar Məmmədova, Cəyli kənd tam orta məktəbinin direktoru Niyazi Əskərov bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır.