YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağımızın “Şərq qapısı” Füzuli sürətlə dirçəlir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd edir.  Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını qədirbilən xalqımız və dövlətimiz yüksək qiymətləndirir. 2020-ci il noyabrın 26-da Füzulinin işğaldan azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə hər səfəri yeniliklərlə yadda qalır Qalib Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.  Bu qürurverici görüntülər Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi.  Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu,  ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi. Dövlətimizin başçısı 26 yanvar 2021-ci ildə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etmiş, bu il mayın 10-da Füzuli Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır.

Vətən müharibəsinə qədər Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayon idi. Vətən müharibəsindən sonra isə dövlətimizin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə Füzuli ən sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Bu gün işğaldan azad olunmasının ikinci ildönümündə Füzuli şəhərində görülən işlər onu deməyə əsas verir ki, doğma Qarabağımızın “Şərq qapısı” sürətlə dirçəlir.