YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrin inkişafında humanitar amilin strateji statusu

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan nəinki regionda, ümumiyyətlə Beynəlxalq aləmdə böyük nüfuza sahib olan bir dövlətdir və müasir Beynəlxalq münasibətlər sisteminə öz milli maraqlarına əsaslanaraq uğurla inteqrasiya etməkdədir. Azərbaycan region ölkələri ilə, eyni zamanda Mərkəzi və Orta Asiya ölkələri ilə mehriban qonşuluq və dostluq əlaqələrinə sahib olan ölkədir. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir. Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə  davam etdirən Prezident İlham Əliyevin uğurlu xarici dövlət strategiyası nəticəsində Azərbaycanla Orta Asiya ölkələri arasındakı münasibətlər gündən günə yeni uğurlu mərhələlərə qədəm qoyur.

 Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənəlrə malikdirlər. Azərbaycan – Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub.

Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub, bu da iki ölkənin qarşlıqlı fəaliyyət prinsipləri əsasında inkişafının strateji statusu müəyyənləşdirir. Qeyd etmək lazımdır ki. bu sənədlər  Azərbaycan- Qırğızıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da  ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan  rolu və nüfuzundan xəbər verir. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Birgə İnvestisiya Fondunun yaradılması Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra region ölkələri kimi Azərbaycanın Qazaxıstanla olan iqtisadi, ticari və siyasi müstəvidəki əlaqələri yüksək inkişaf tempi ilə davam edir

Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və yeni reallıqlar yaratmışdır. Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaratmışdır. 

DİGƏR Xəbərlər Arxiv