YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Azərbaycan Prezidenti milli maraqlarımızı yüksək səviyyədə müdafiə etdi

“Hər bir beynəlxalq əhəmiyyətli tədbir müzakirəyə çıxarılan mövzu ilə yanaşı, iştirakçı dövlətlərin gündəmə gətirilən məsələlərə yanaşması baxımından da diqqət çəkir, müxtəlif fikirlərə yol açır. Azərbaycanın Qərblə Şərq arasında körpü roluna uyğun olaraq dövlət başçısı İlham Əliyevin bu günlərdə reallaşdırdığı səfərlərə diqqət yetirdikdə ölkəmizin həm Avropa ailəsi, həm də türk dünyası üçün önəmini görürük. “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakından sonra Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının  və  MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün reallıqları əsasında bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiamətində ölkəmizin göstərdiyi səylərdən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsindən, Ermənistanın isə sülh müqaviləsinin imzalanmasına mane olmaq üçüm etdiyi cəhdlərdən geniş bəhs etdi. Ölkə Prezidenti   bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi. Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən, ərazilərimizin kütləvi şəkildə minalanmasından bəhs etdi.  Bu statistika da açıqlandı ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, Azərbaycan tərəfindən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadənin sözlərinə görə, hazırda regionda sülhün təmin olunması istiqamətində bütün təşəbbüsləri Azərbaycan dəstəkləyir: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 4 görüşü keçirilib. Gələn ay Brüsseldə növbəti görüşün keçiriləcəyi gözlənilir. Hər bir görüşün sonunda qəbul olunan bəyanat sülhün yaxınlaşdığını təsdiqləyir. Brüssel görüşləri ilə yanaşı, Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul olunan bəyanatda da sülhə doğru addım özünü qabarıq şəkildə büruzə verdi. Görüşə tərəf kimi qatılan Fransa Prezidenti Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları təqdir etdiyini və bu prosesə dəstəyini əsirgəməyəcəyini bildirdiyi halda çox keçmədi ki, qeyri-ciddi, əsassız bəyanatları ilə diqqətdə oldu. O, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırır. Göründüyü kimi, Makronda erməni sevgisi nə qədər böyükdür ki, beynəlxalq hüququ yox kimi qəbul etməklə yanaşı, 30 ildə hansı məsələyə vasitəçilik etdiyini unudub. Bu da başadüşüləndi. Çünki 30 ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Qarabağ münaqişəsinin həlli istiqamətində hansı ədalətli yanaşmanı ortaya qoydu? İşğalçını adı ilə çağırmağı mümkünsüz hesab edən Fransa kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsini keçərkən görəsən özünün bu məfhumlardan xəbərsiz olduğunu, Ermənistanı da bu prinsiplərin yoxluğuna inandırdığını xatılayırmı? Azərbaycan Praqa görüşündə Fransa Prezidentinin iştirakına razılıq versə də bunun vasitəçiliyə aid olmadığını bəyan etdi. 30 illik işğal dövründə erməni sevgisini hər addımında təsdiqləyən Fransanın gəlib bu gün Ermənistanın deyil, ölkəmizin mövqeyini dəstəkləməsi inandırıcı görünə bilməz. Atılan hər addımda maraqlar öndə dayanır. Emmanuel Makronun Praqa görüşündən heç bir həftə keçmədən belə əssassız bəyanatla çıxış etməsi də deyilənlərin göstəricisidir.”

Dövlət başçısının “Mən həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, siz bizim versiyamızı və yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz” fikirlərini önə çəkən millət vəkili 30 illik işğal dövründə reallıqların inkarının, ikili standartlara əsaslanan siyasətin sonda nəyə gətirib çıxardığını diqqətə çatdırıb: “Fransa kimi sözdə ədalətdən, beynəlxalq hüquqdan danışan, əməldə tamamilə fərqli yanaşma ortaya qoyan bəzi dünya gücləri unudurlar ki, bu, faktların yoxluğu anlamına gəlməməlidir. Hazırkı dövrdə danışan faktlardır ki, bu da Azərbaycanın xeyrinədir. Dövlət başçısı MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı.”

DİGƏR Xəbərlər Arxiv