YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əldə olunan mühüm razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir

“Prezident İlham Əliyevin cari ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü Azərbaycanın dövlət maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və qətiyyətli siyasətin nəticəsidir”. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə - enerji, nəqliyyat, ticarət və s. uğurla əməkdaşlıq edir. Əməkdaşlığın önəmli istiqamətlərindən biri də məhz siyasi dialoqdur. Ermənistanla münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Avropa İttifaqının səylərini və töhfəsini yüksək qiymətləndirmək lazımdır. Praqa görüşü də bu istiqamətdə görülən işlərin davamıdır: “Dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması sülh müqaviləsinin imzalanmasından keçir. Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipi özündə əks etdirəm sülh müqaviləsində ən önəmli məqamlardan biri də hər iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyən edilməsi məsələləri dayanır. Azərbaycan sülhün tərəfdarıdır və bu istiqamətdə Emənistanla bütün dialoqlara hazırdır. Avropa İttifaqının bu məsələyə həssaslıqla yanaşması, eyni zamanda Prezident İlham Əliyevin nüfuzunun və əldə etdiyi diplomatik uğurlarının nəticəsidir”.

Praqa görüşündə əldə olunan bir sıra mühüm razılaşmalara toxunan rayon təşkilatının sədri onu da qeyd etdi ki, görüşün yekununda qəbul edilmiş bəyanata əsasən Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanıdığını və qəbul etdiyini bildirməsi dövlətimizin və dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ümid edirik ki, Ermənistan fikirlərinin üzərində duracaq, danışıqlar prosesinin nəticələrinə və imzalanan sənədlərə, üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq sülh müqaviləsinin imzalanması istiqamətində əməli addım atacaq. Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində və iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Bu istiqamətdə Ermənistandan da eyni münsaibəti və adekvat addımları gözləyir”.