YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hücumlar sistematik xarakter daşıyır

Misirin “Masr əl Yom”, “Əl Mayaden”, “Əl Bələd”, “Əxbar Əl Yom” qəzet və portallarında Azərbaycan XİN-in Vaşinqtondakı səfirliyimizin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatı dərc edilib.

Materiallarda bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılması, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ-ın müvafiq qurumlarına məlumat verilməsi, kamera görüntülərinin qarşı tərəfə təqdim edilməsi qeyd olunub. Xəbərlərdə vurğulanıb ki, məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlıq və narazılıq ifadə edilib. Qarşı tərəfin diqqətinə Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi çatdırılıb.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, rəsmi Bakı son zamanlar erməni icmalarının xarici ölkələrdəki radikal üzvləri tərəfindən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistematik xarakter daşıdığını bəyan edib.