YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ehtiram

Yevlaxda Vətən müharibəsi şəhidləri İsmayılov Kamran Vaqif oğlunun, Məmmədov Elton Ramil oğlunun, Bəkirov Bəxtiyar Yavər oğlunun, İsmayılov Kənan Mənsur oğlunun, Şirinzadə Elnur Xalıqverdi oğlunun, Əyyubov Ceyhun Savalan oğlunun və Paşayev Əvəz Telman oğlunun şəhadətlərinin ildönümü münasibətilə rayonun Şəhidlər xiyabanında məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının rəhbərliyi, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Sonra məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Vətənin qəhrəman övladlarının şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub.