YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə YAP-ın təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının “Heydər Əliyev prospekti 41” ünvanı üzrə, Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər rayon DAİM ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

Ərazi partiya təşkilatlarının sədrləri və digərləri çıxışlarında Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə partiyanın parlaq gələcəyə doğru daha inamla irəliləyəcəyinə əminliklərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv