YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstənilən beynəlxalq platformada...

Azərbaycan haqlı mövqeyini qəbul etdirmək əzmindədir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa Siyası Birliyi” Zirvə toplantısında iştirak etmək üçün Praqada səfərdə olub.

Avropa Siyasi Birliyi yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb və eyni zamanda birliyin məqsəd və hədəfləri ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdən ibarətdir.

Sözsüz ki, Azərbaycanın belə bir mötəbər Toplantıya dəvət olunması başlıca olaraq ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir. Bəllidir ki, bu gün ölkəmiz Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış edir və bu baxımdan bu dəvət Azərbaycan-Avropa İttifaqı əlaqələrinin qarşılıqlı və gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Səfərin diplomatik mahiyyətinə nəzər salsaq isə Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərini nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirmək olar.

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarlı Mişel, Fransa Prezidenti Emanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir və başlıca olaraq növbəti diplomatik zəfərimizdir.

“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir” deyə, bəyanatda qeyd olunur.

Beləliklə, Ermənistanın Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Bu isə bir mənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsi və prinsipial, qətiyyətli, peşəkar diplomatiyanın məntiqi nəticəsidir.Bütün bunlar isə bundan sonra da istənilən beynəlxalq platformalarda Azərbaycan haqlı olaraq öz mövqeyini tam şəkildə qəbul etdirə biləcəyindən xəbər verir.

DİGƏR Xəbərlər Arxiv