YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda şəhid ailələri ziyarət olunub

Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev və RİH nümayəndələri 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı Türkan qəsəbəsində şəhid Axundov Mirzə Musa oğlu və şəhid Şiriyev Rəşad Rasim oğlunun, Buzovna qəsəbəsində şəhid Bağırov Əli Eltay oğlu, şəhid Nuriyev Hikmət Mübariz oğlu və şəhid Kərimov Mustafa Mais oğlunun, Şüvəlan qəsəbəsində şəhid Eyniyev Tərlan Gölşad oğlunun ailələrini ziyarət ediblər.

Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv