YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidlərin xatirəsi ehtiramla anılıb

Tərtərdə Vətən müharibəsi şəhidləri Ağayev İntiqam Hüseyn oğlunun, Şirinli Nurlan Qədir oğlunun, Hacızadə Ceyhun İfrayıl oğlunun, Rəhimli Bəxtiyar Nəsimi oğlunun, Abbaslı Elnur Yaşar oğlunun və mülki şəhid Həsən Məmmədovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, RİH başçısının birinci müavini Elvin Umudov, SHXÇDX-nin Tərtər rayon şöbəsinin əməkdaşları, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.

Tədbir iştirakçıları, həmçinin rayonun Səhləbad kəndində şəhid İntiqam Ağayevin xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksinin açılış mərasiminə qatılıblar.