YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda kütləvi əsgər məzarlığı...

İsveç mediası Qarabağda azərbaycanlıların bastırıldığı kütləvi məzarlıqlar barəsində yazıb.

İsveçin ən böyük qəzetlərindən olan Aftonbladet, Sydsvenskan, Uppsala Nya Tydning nəşrlərində və bir sıra internet portallarında yerləşdirilən informasiyalarda Qarabağda kütləvi əsgər məzarlığı aşkarlandığı qeyd edilib.

Yazılarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter”dəki paylaşımından da sitat gətirilib: “Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalan və öldürülən Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkarlanıb… 1990-cı illərdəki müharibədən bəri 4000 azərbaycanlı itkin düşüb”.

Xəbərlərdə, həmçinin qeyd olunur ki, Azərbaycan 17 hərbi əsiri ABŞ-ın vasitəçiliyi ilə Ermənistana qaytarıb.