YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan aparıcı rola malikdir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı sürətlə artırır. Ölkəmiz beynəlxalq və regional əməkdaşlıq sahəsində aparıcı rola malikdir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün  dövlətimiz qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində böyük layihələrə imza atıb.

Azərbaycan digər Avropa ölkələri ilə olduğu kimi, Bolqarıstanla da iki dost və strateji tərəfdaş ölkələr olaraq sıx əlaqədədir. Prezident İlham Əliyev sentyabrın 30-dan oktyabrın 1-dək Bolqarıstan Respublikasında rəsmi səfəri bu əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Bu cənab İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Ötən dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir. Təkcə 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçmişdir.

Energetika sahəsindəki  əməkdaşlıq da iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsini təşkil edir. Çünki Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi Bolqarıstan üçün çox əhəmiyyətlidir. Bu layihə çərçivəsində Azərbaycan qazı Avropaya nəqli olunur və Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstan təbii qazla təmin olur.

Bu il həmçinin Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Ölkələrimiz arasında beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan dost münasibətləri bu gün də davam edir. 44 günlük Vətən müharibəsi zamanı da Bolqarıstan bizə  öz siyasi dəstəyini göstərmişdir. Çünki Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaşdır.