YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq səviyyəli əməkdaşlıqlar milli maraqlarımızı təmin edir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycanın bütün sferalar üzrə uğurlu inkişafının təmin olunmasında, ölkəmizin tərəqqi yolunda irəliləməsində, eləcə də Avropa və dünya ölkələri ilə münasibətlərin qurulmasında müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın dünya miqyasında neft-qaz  ixrac edən ölkəyə çevrilməsi, yeni neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə tərəfdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ümummilli liderin müdrik siyasətinin, dönməz əqidəsinin və tarixi uzaqgörənliyinin məntiqi nəticəsidir. Bugün Ümummilli liderimiz Heydər Əliyevin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə uyğunlaşdırılaraq, ölkənin iqtisadi qüdrətinin artması fonunda özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Azərbaycan hazırda dünyada ən böyük enerji təchizatçılarından biridir. Bir neçə gün öncə dövlətimizin başçısı İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Cənab Prezidentin rəsmi qarşılanma mərasimi, digər dövlətlərin nümayəndələrinin dövlət başçımız haqqında söylədiyi səmimi fikirlər, göstərilən isti münasibətlər Prezident İlham Əliyevin şəxsiyyətinin və düzgün siyasətinin böyüklüyünə bariz nümunədir. Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçrilib. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Mərasimdə əvvəlcə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə nümayiş etdirilmiş videoçarxdan da aydın oldu ki, həqiqətən də bu layihənin icra olunması dünyadakı enerji sahəsindəki layihələr içərisində çox mühüm əhəmiyyətə malik olan bir hadisədir. Dövlətimizin başçısı mərasimdə çıxış edərək, önəmli məqamları qeyd etdi:-Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir. Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Bəli, bütün bu faktlar göstərir ki, Azərbaycanın enerji sahəsindəki siyasəti alternativsizdir.

Tədbirdə digər maraqlı bir məqam isə Serbiya Prezidenti Aleksandar Vuçiçin öz çıxışında Prezident İlham Əliyev haqqında səmimi ifadələri səsləndirməsi idi;- “Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim. Cənab Prezident həmçinin səfər çərçivəsində Yunanıstanın və Ruminiyanın baş nazirləri ilə də görüşüb. Dövlət başçısının xarici səfər çərçivəsində xüsusi təntənə ilə qarşılanması və Ona göstərilən xüsusi diqqət Azərbaycan Prezidentinin praqmatik və rasional xarici siyasət kursunun göstəricisi və nəticəsidir.

Sevindirici haldır ki, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri də balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir.

Dünyada mövcud olan güc mərkəzlərindən ancaq birinə meyilli xarici siyasətin yeridilməsi dövlətin mövcudluğu üçün böyük təhlükə yaradır və ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Bu baxımdan Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasətin aparılması prinsipinə böyük həssaslıqla yanaşır. Belə ki, bu gün Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir beynəlxalq güc mərkəzi ilə bərabərhüquqlu qarışılıqlı-faydalı əlaqələr qurmuşdur. Cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan özünəməxsus, layiqli yer tutmasını şərtləndirmək naminə regionun digər dövlətlərinin milli maraqlarına toxunmamaq şərti ilə balanslaşdırılmış və bənzərsiz xarici siyasət kursu reallaşdırmışdır.