YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Bu gün SOCAR Gürcüstanın qaz təchizatının təxminən 90 faizini təmin edir

Bu gün SOCAR Gürcüstanın qaz təchizatının təxminən 90 faizini təmin edir. Ölkənin onlarla qazpaylayıcı şəbəkəsi SOCAR-in idarəçiliyindədir. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25 faizinə nəzarət edirik.

Bu barədə mayın 12-də Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, respublikanın ərazisində “SOCAR” brendi ilə çalışan 114 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Qara dənizdə “Black Sea” Terminalı 2008-ci ildən istismara buraxılıb və ildə 10 milyon ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi imkanına malikdir. Terminal hazırda Azərbaycan ilə yanaşı, Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır.

“SOCAR öz investisiya coğrafiyasını inamla genişləndirir. Biz Türkiyə və Gürcüstandan başqa, İsveçrə, Rumıniya, Ukraynada da aktivlərə malikik və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə R.Abdullayev vurğulayıb.