YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölümləri ilə ölümsüzlüyə qovuşan qəhrəmanlar!

Lerikdə torpaqların azadlığı uğrunda döyüşlərdə canından keçmiş Vətən müharibəsi şəhidləri mayor Heydərov Amid Rəbbil oğlunun, Şirvanov Davud Xeyrulla oğlunun və Tahirov Firdovsi Balaxan oğlunun xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Heydərovun adını daşıyan parkı ziyarət edib, şəhidin abidəsi önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şəhidin məzarı önündə də xatirəsi anılıb, ruhuna dualar oxunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsgər və zabitlərinin, o cümlədən şəhid mayor Amid Heydərovun qəhrəmanlıqlarından danışıblar.

Bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərov 2020-ci il oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Lerik rayonunun Dico kəndində şəhid Tahirov Firdovsi Balaxan oğlunun, Livədirqə kəndində isə şəhid Şirvanov Davud Xeyrulla oğlunun anım mərasimləri keçirilib.

YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşı Ramin Məmmədov, ictimaiyyət nümayəndələri Firdovsi və Davudun məzarlarını ziyarət edib, məzarları önünə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ uğrunda, Davud Şirvanov isə oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlər zamanı qəhramancasına şəhidlik zirvəsinə ucalıblar.