YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ilə Azərbaycan arasında stabil və etibarlı əməkdaşlıq bağları mövcuddur

Mayın 12-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə regional biznes forumda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qardaş Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan Baş nazir Artur Rasizadə ənənəvi doğma münasibətlərimizin müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd edib. Qarşılıqlı faydalı əsaslarda siyasi, iqtisadi, mədəni bağların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan Baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət və digər sahələrdə işbirliyimizin çox səmərəli nəticələr verdiyinə diqqəti cəlb edib.

Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlığını bildirən Əli Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq bağlarının mövcudluğunu vurğulayıb. O, müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından qarşıda çox böyük imkanlar var. Sonra Əli Babacan “G-20” platforması çərçivəsində Bakıda keçirilən regional biznes forumda müzakirə ediləcək məsələlər barədə Baş nazirə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.