YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ulu Öndər Heydər Əliyev tariximizin ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür

“1991-1993-cü illərdə ölkəmizdə hər bir sahədə dərin böhran, xaos, nizamsızlıq hökm sürürdü. Həmin dövrdə AXC-Müsavat iqtidarının səriştəsizliyi və qeyri-peşəkarlığı səbəbindən dövlət idarəçiliyində hərc-mərclik tüğyan edir, dövlətimizin suveren mövcudluğu təhdid altında qalmışdı. Vəziyyət o qədər ağır idi ki, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Azərbaycan xalqı belə bir ağır vəziyyətdən yeganə çıxış yolunu və ümid çırağını Ümumilli Liderimiz Heydər Əliyevin simasında görürdü. Eyni zamanda xalqımızı hər cür bəlalar və təhlükələrlə üz-üzə qoyan və bu təhlükəli proseslərin qarşısını ala bilməyəcəklərini dərk edən AXC-Müsavat cütlüyü sonda Ulu Öndər Heydər Əliyevdən imdad istədi. 1992-ci ilin oktyabr ayında Azərbaycanın “91-lər” adlanan ziyalıları Xalqımızın dühası Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etdilər. Öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə ən çətin dövrlərdə Azərbaycan xalqının yanında olmuş Ulu Öndər Heydər Əliyev, xilaskarlıq missiyasını öz üzərinə götürərək, 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli qayıdış dəvətini qəbul edib Bakıya gəldi.   Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və bununlada Azərbaycan tarixində yeni səhifə və sürətli inkişaf mərhələsinin əsası qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində qısa müddət ərzində ölkəmiz üzərindən qara buludlar çəkildi, böhran, hərc-mərclik aradan qalxdı, özbaşınalığa son qoyuldu, ölkənimizdə sabitlik, iqtisadi inkişaf və tərəqqi dövrü başladı.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hər zaman andına və xalqına sadiq olan, Vətənə sədaqətli xidmətin əyani nümunəsini yaradan Heydər Əliyev dühası tariximizin ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüş, xalqımızın ümid çırağına çevrilmişdir. Ulu Öndər Heydər Əliyev hər bir tarixi şəraiti düzgün dəyərləndirərək nəticə çıxarmış, Azərbaycanın taleyi üçün uğurlu qərarlar qəbul etmişdir.

Böyük idarəetmə ustadı və dünyaca məşhur kamil siyasi bilicisi olan Ulu Öndərimiz Heydər Əliyev faəliyyəti, qlobal düşüncəsi, geniş dünyagörüşü ilə “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. kimi adlar qazanmışdır: “Bu gün Azərbaycanın əldə etdiyi inkşaf və tərəqqi, dünya miqyasında qazandığı yüksək nüfüz, güc Heydər Əliyev siyasətinin nəticəsidir. Ümumilli Liderimiz Heydər Əliyevin ölməz ideyaları hər zaman Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqli şəkildə davam etdirilmişdir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ona göstərdiyi etimadı və inamı doğrultmuş, Ata vəsiyyətini yerinə yetirmişdir. Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.”