YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” “Tour d’Azerbaijan”nın qalibini təbrik edib

“Bakı-2015” dördüncü “Tour d’Azerbaijan” yarışının qalibi Primoz Roqliçi təbrik edib və Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirib.

Bu barədə  “Bakı-2015” Əməliyyat Komitəsindən məlumat veriblər. Bildirilir ki, “Bakı-2015” təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirlər və turun bugünkü son mərhələsi üçün istifadə olunan dövrə Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə ediləcək.

Yarışdan sonra müsahibə verən “Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallaqan dedi: “Biz “Tour d’Azerbaijan”ın yenidən Bakıda uğurla başa çatmasından məmnunuq. Bu gün qazandıqları qələbə münasibətilə Primoz Roqliçi və “ADRIA Mobil” komandasını təbrik edirik. Bu, şəhərdə keçirilən növbəti mötəbər idman tədbiri oldu və həmin dünya səviyyəli idmançıları iyun ayında Avropa Oyunları zamanı yenidən Bakının küçələrində görəcəyimizə ümid edirik”.

Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini və paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlamaq məqsədilə, “Bakı-2015” Əməliyyat Komitəsi Oyunlardan əvvəl Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.

Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən turun son mərhələsi zamanı da bu qaydaların bir çoxuna riayət olunub. Bu qaydaların icrası barədə danışan Pirs O’Kallaqan dedi: “Bu kimi önəmli idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz Federasiya ilə birgə Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün çalışdıq. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq”.