YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhid ailələri ziyarət olunub

Kürdəmirdə Vətən müharibəsi şəhidləri Dadaşov Nurlan Səyyad oğlunun və Əhmədov İlqar Xəqani oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid ailələri, din xadimləri, mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri rayonun Qarasaqqal və İsmayıllı kəndlərində şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Nurlan və İlqarla eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də xatirələri anılıb.

Çıxış edənlər şəhidlərin keçdikləri şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açıblar.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, şəhid Nurlan Dadaşov 2001-ci il sentyabrın 27-də Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olub. 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonu ərazisində şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Şəhid İlqar Əhmədov 1999-cu il martın 18-də Kürdəmir rayonu İsmayıllı kəndində dünyaya gəlib. 2020-ci il noyabrın 9-da şəhidlik məqamına ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv