YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına başlanıldı

Bu gün Bakıda Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına start veriblər.

Avropa Şurası Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunan fəaliyyət planı Azərbaycana qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaqda kömək etmək üçün bir vasitədir.

Fəaliyyət planı insan haqları sahəsində, həmçinin söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra layihələri təşviq edəcək.