YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhan limanından 2,4 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Apreldə 2 milyon 377 min 338 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 370 min 883 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 9 milyon 239 min 395 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il mayın 1-nə qədər Ceyhan limanından 271 milyon 178 min 485 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

 

DİGƏR Xəbərlər Arxiv