YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov Regional Rabitə Birliyinin Moskvada keçiriləcək toplantılarında iştirak edəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 8-9-da Rusiya Federasiyasının Moskva şəhərində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Koordinasiya Şurasının 21-ci Nazirlər Toplantısında iştirak edəcək.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Əli Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə mayın 9-da keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda, eyni zamanda rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək. Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Əli Abbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq.