YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən qəhrəmanları ilə tanınır!

Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi Mustafazadə Elçin Arif oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Qazax-Tovuz Regional filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qənbərov,  “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov və əməkdaşları, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində Elçinlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Səfərov Əfqan Nadir oğlunun da məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Elçin Mustafazadənin ailə üzvlərini ziyarət edərək, dərin hüznlə başsağlığı verib, ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elçin Mustafazadə 2020-ci il iyul ayının 14-də Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən o, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv