YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz regionumuzun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq

Regional təhlükəsizlik məsələləri həmişə Azərbaycan və Rusiya münasibətlərinin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq.

Bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Regionumuzda sülhün bütün ölkələr, bütün xalqlar üçün zəruri olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.