YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Ukraynadakı səfirliyində brifinq və Bakıda keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatı olacaq

Mayın 12-də Azərbaycanın Ukraynadakı səfirliyində Ukraynanın və Kiyevdə akkreditə olunmuş xarici ölkələrin jurnalistləri üçün brifinq və Bakıda keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatı olacaq. Bu barədə diplomatik nümayəndəliyimizin mətbuat xidmətindən məlumat verilib.

“Bakı-2015” Oyunlarının başlanmasına düz bir ay qalmış Azərbaycan səfiri Eynulla Mədətli, Ukrayna Gənclər və İdman Nazirliyinin və MOK-un yüksək vəzifəli nümayəndələri Bakıda keçiriləcək möhtəşəm yarışlar barədə media nümayəndələrinin suallarına cavab verəcək, Azərbaycanın paytaxtında keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatına tamaşa edəcəklər.